“Neftçi” PFK yetirməsi Ömər Buludovla müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, anlaşmaya əsasən, sağ cinah müdafiəçisi ilə üç illik müqavilə bağlanılıb. O, 2024-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2017/2018 mövsümündən etibarən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb, üç qola imza atıb.