“Zirə” ilə Azərbaycan Premyer Liqasının XXVII tur matçında legioner limitini pozan “Neftçi” klubu AFFA İntizam Komitəsinin tətbiq etdiyi texniki məğlubiyyət cəzasına etiraz etməyəcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilir.
“Ağ-qaralar” qərara hörmətlə yanaşdıqlarını və müvafiq tədbir görəcəklərini bəyan edib: “Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək”.
Qeyd edək ki, “Zirə” ilə oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limiti pozulub. İntizam Komitəsi görüşün nəticəsini ləğv edərək “Neftçi”yə texniki məğlubiyyət verib.
A.M.