Ulduz futbolçu Nqolo Kantenin "Fənərbağça"ya transferinin detalları üzə çıxıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi Kante ilə 2.5 illik müqavilə imzalamağa hazırlaşır.
Klubun fransız futbolçu ilə illik 8 milyon avro qarşılığında razılaşma əldə etdiyi bildirilib.
Səudiyyə Ərəbistanı komandası "Əl-İttihad"dan illik 25 milyon avro qazanan təcrübəli oyunçu "Fənərbağça"ya transferi üçün əhəmiyyətli bir maaş endiriminə getmiş olacaq.