Nyu-York şəhərinin meri Erik Adams UFC 322 turnirində İslam Maxaçevin komandasının iştirakı ilə baş verən kütləvi davanı şərh edib.
Oxu.Az bildirir ki, Adams "X" sosial şəbəkə hesabında Nyu-York polisinin dava ilə bağlı araşdırma apardığını yazıb.
"Nyu-Yorkun "Medison Skver Qarden" arenasında bu hücum tamamilə qəbuledilməzdir. Şəhər polisi artıq tam araşdırma aparır və davanın bütün iştirakçıları məsuliyyətə cəlb olunacaqlar" , - deyə o vurğulayıb.
Xatırladaq ki, Maxaçevin komandasının üzvləri noyabrın 16-da onları təhqir etmiş amerikalı döyüşçü Dillon Denisin üzərinə cumublar.
UFC 322 turnirinin əsas qarşılaşmasında Maxaçev avstraliyalı Cek Della Maddalenaya qalib gələrək, yarımorta çəki dərəcəsində yeni UFC çempionu olub.