Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Okan Buruk ulduz futbolçu ilə danışıqlar üçün İtaliyaya yollanıb
Türkiyə Superliqasının təmsilçilərindən "Qalatasaray" futbol klubunun baş məşqçisi Okan Buruk Paulo Dibala ilə danışıqlar üçün İtaliyaya yollanıb.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, klub yalnız Dibalanı deyil, PSJ-nin müdafiəçisi Milan Şkrinyarı da transfer etmək niyyətindədir.
Bu məqsədlə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk klub rəhbərliyi ilə birlikdə İtaliyaya səfər edib.
Xatırladaq ki, Paulo Dibala "Qalatasaray"ın daha öncəki təklifini bəyənmədiyi üçün Türkiyə klubuna keçidi qəbul etməmişdi.
Qeyd edək ki, Paulo Dibalanın "Roma" ilə mövcud müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Təcrübəli futbolçu daha əvvəl "İnstituto", "Palermo" və "Yuventus" klublarının şərəfini qoruyub.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- UEFA AL: Liqa mərhələsinə 18 görüşlə yekun vurulacaq
- Fernando Muslera: "Qalatasaray"dakı gələcəyimlə bağlı dəqiq qərarımı verməmişəm"
- Okan Buruk ispaniyalı futbolçu ilə danışıqlar üçün Fransaya yollanacaq
- Nikolo Zanyolonun paylaşımı "Qalatasaray" azarkeşlərini qəzəbləndirib
- Türkiyə Superliqası: "Qalatasaray" qalib gəldi, qapıçısı rekord vurdu
Rəylər