22 yaşlı rus gimnast, Olimpiya çempionu (2016-cı il) Marqarita Mamun idman karyerasını yekunlaşdırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova bildirib.
“Marqarita Mamun daha çıxış etməyəcək. Çox təəssüf ki, o, öz missiyasını başa çatdırdı”, - deyə İ. Usmanova söyləyib.
Qeyd edək ki, Mamun bu ilin sentyabrında üzgüçü Aleksandr Suxorukova ərə gedib.
A.M.