Olimpiya məşəli Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə 100 gün qalmış Cənubi Koreyaya çatdırılıb.
Oxu.Az-ın məlumatına əsasən, ağ lampaya yerləşdirilən məşəli seçilmiş min şəxs bütün ölkə ərazisindən keçirərək oyunlara ev sahibliyi edəcək Phençhan şəhərinə çatdıracaq.
Xatırladaq ki, 2018-ci il Qış Olimpiya Oyunları 9-25 fevral tarixlərində keçiriləcək.
N.О.