“Neftçi” PFK-nın yetirməsi Mirabdulla Abbasov doğma komandasına qayıdıb.
Oxu.Az 24 yaşlı hücumçunun “Səbail” klubu ilə icarə müqaviləsinə xitam verilib. O, “Neftçi”də 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi” ilə 2020/21 mövsümünün sonunadək müqaviləsi olan Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində bu komandanın heyətində 66 oyuna çıxıb, 13 qol vurub.
Onu da bildirək ki, Mirabdulla Abbasovun “Neftçi”yə qayıdacağını Oxu.Az ötən ay açıqlamışdı.
Səbuhi Musayev