Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paris-2024: Gimnastika üzrə Azərbaycan millisi tarixi nəticəyə imza atıb
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.
Oxu.Az xəbər verir ki, final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.
Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.
Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.
Oxu.Az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.
Komandamız 31.600 xala layiq görülüb. Millimiz iki hərəkətə əsasən 66,450 xal toplayıb. Çıxışını başa vuran gimnastlarımızın son mövqeyi digər rəqiblərin nəticələrindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib.
Komandamız 34.850 xala layiq görülüb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Rəylər