Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Deputatlığa namizədlərin sayı AÇIQLANDI
Növbədənkənar parlament seçkisi ilə əlaqədar deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.
Növbədənkənar parlament seçkisi ilə əlaqədar 1 052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, növbədənkənar parlament seçkisi ilə əlaqədar 1 508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1 420 nəfərə imza vərəqi verilib, 1 197 nəfər imza vərəqələrini qaytarıb.
Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar qeydə alınmış namizədlərin 125 seçki dairəsi üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
Milli Məclisə növbədənkənar seçki sentyabrın 1-nə təyin olunub.

Məhərrəm Əliyev
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Məzahir Pənahov: "İşğaldan azad olunmuş ərazilərə köç edən insanlarla bağlı problem olmasın"
- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
- Rövzət Qasımov: "Ən vacib məsələ seçicilərin adlarının siyahılarda təkrar istifadə edilməməsidir"
- Azərbaycanda seçicilərin sayı AÇIQLANDI
- Məzahir Pənahov: "Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var"