Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Oxu.Az bildirir ki, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai fərqlənib.
Meydan sahiblərindən Elvin Bədəlov 21-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.
Günün ilk matçında "Şamaxı" "Kəpəz"ə qali əb gəlib - 2:0..
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.
68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.
Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla 10-cudur.
Qeyd edək ki, Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək.
Oxu.Az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.
"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.