Azərbaycan Premyer Liqasının ötən mövsümünün dörd bombardirindən biri olan Baqaliy Dabo ölkəmizlə vidalaşıb.
Oxu.Az xəbər verir ki, 31 yaşlı fransalı hücumçu Azərbaycanda oynadığı dörd ilə görə təşəkkürünü “Instagram” hesabı vasitəsilə bildirib:
“Azərbaycan, sənə bu dörd il üçün təşəkkürümü bildirirəm. Burada yaşadığım anları heç vaxt unutmayacağam. Hamıya ən yaxşısına nail olmağı arzulayıram. Bilirəm ki, Azərbaycan gələcəkdə daha da məşhur olacaq. Bir daha təşəkkür edirəm”.
View this post on InstagramQeyd edək ki, Baqaliy Dabo 2016-2018-ci illərdə “Qəbələ”də, 2018-2020-ci illərdə isə “Neftçi” forması ilə çıxış edib. O, ötən mövsüm vurduğu yeddi qolla Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olub.
Səbuhi Musayev
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub
- "Pafos" Murad Məmmədovu icarəyə göndərir
- "Neftçi"nin futbolçusu kobudluğuna görə ikioyunluq cəzalandırıldı - Video
- "Neftçi"nin müdafiəçisi Portuqaliya klubunun hədəfindədir - Foto
- Azərbaycanlı futbolçu "Sampdoriya"nın əsas komandasının heyətinə çağırıldı
Digər xəbərlər