UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, A, B, C və D qruplarındakı ilk qarşılaşmalar da baş tutub.
Günün ən diqqətçəkən oyunu Parisdə yerli PSJ ilə Madrid "Real"ı arasında baş tutub. Meydan sahibləri bu oyunda üç xalı üç qolla qazanıblar.
"Atletiko" – "Yuventus" qarşılaşmasında dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib – 2:2.
Münxen "Bayern"i doğma azarkeşlər önündə "Srvena Zvezda"dan üstün olub – 3:0.
"Dinamo" – "Atalanta" görüşündə də meydan sahibləri – Zaqreb klubu darmadağına sevinib – 4:0.
Moskva "Lokomotiv"i səfərdə "Bayer"dən üstün olub – 2:1.
"Mançester Siti" isə Ukraynada "Şaxtyor"u məğlub edib – 3:0.
UEFA Çempionlar Liqası
18 sentyabr
A qrupu
"Brügge" (Belçika) – "Qalatasaray" (Türkiyə) - 0:0
PSJ (Fransa) – "Real" (İspaniya) - 3:0
Qollar: Di Mariya, 14; 33. Mönye, 90+1