Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

PSJ mövsümün sonunda kapitanı ilə yollarını ayırmaq istəyir
Fransanın PSJ klubu kapitanı Markinyosu mövsümün sonunda satmağı planlaşdırır.
Oxu.Az "L'Equipe"ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ötən yaydan Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Son bir ildə isə müdafiəçini heyətinə qatmaq istəyənlərin sayı artıb. Baş məşqçi Luis Enrike PSJ-ni yenidən formalaşdırmaq istədiyi üçün braziliyalı oyunçunu qarşıdakı "transfer pəncərəsi"ndə buraxmağa hazırdır.
Qeyd edək ki, Markinyos bu mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və iki qol vurub. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Fernando Muslera ilə vidalaşan "Qalatasaray" polşalı qolkiperlə danışıqlara başlayıb
- Antuan Qrizman "Los-Anceles" klubu ilə danışıqlara başladı
- Barış Alper Yılmazı transfer etmək istəyən klublar 40 milyon avro ödəməli olacaqlar
- Mario Lemina yenidən İtaliya A Seriyasında çıxış edə bilər
- Vensan Abubakar "Qarabağ"a keçməyə çox yaxındır