Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi FIFA reytinqində yüksəlib.
Avqustdakı cədvəldə 1321 xalla dünyanın 76-cısı olan yığmamız Polşa və Çexiya ilə oyunlarda hərəsindən üç cavabsız qol buraxsa da, komandamız dörd pillə irəliləyib.
Komandamız hazırda gücünə görə 1319 xalla dünyanın 72-ci ölkəsi sayılır. Yüksəlişə səbəb isə Azərbaycandan yuxarıda olan KXDR (Şimali Koreya), İordaniya, Peru, İran və Ekvatorial Qvineya kimi millilərin 18 ay ərzində oyun keçirməməsinə görə cədvəldən çıxarılmasıdır.