“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Qalatasaray” bu gün yoxlama oyunu keçirəcək.
İstanbul komandası bu yay “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu heyətinə cəlb etməyə çalışan Super Liqanın debütantı “Hatayspor”la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu matçda baş məşqçi Fatih Terimin Super Liqanın ilk turu və Avropa Liqası matçı üçün heyətini formalaşdıracağı gözlənilir. Çünki “Qalatasaray” daha əvvəl I divizion klubları – “İstanbulspor” (1:0) və “Ümraniyəspor” (2:0) ilə gücünü sınayıb.
Xatırladaq ki, “Neftçi” – “Qalatasaray” görüşü sentyabrın 17-də Bakıda baş tutacaq.
Səbuhi Musayev