Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Omar Elabdellaoui Yeni ili qeyd edərkən əlindəki fişəngin partlaması nəticəsində yaralanıb.
Bu barədə “Haber Global” məlumat verir.
29 yaşlı norveçli futbolçunun həyati təhlükəsi olmadığı açıqlanıb.
Klubun saytında edilən açıqlamada deyilir ki, üzündə yanıq olan oyunçumuzun gözlərinə dəyən ziyan müayinələrdən sonra bilinəcək.