"Qarabağ"ın futbolçusu Renaldo Sefas Yamayka millisində qələbə qoluna imza atıb.
Oxu.Az xəbər verir ki, 26 yaşlı hücumçu CONCACAF Millətlər Liqasının qrup mərhələsində Qvatemala ilə keçirilən oyunda fərqlənib.
Yamayka yığması rəqibini 3:2 hesabı ilə məğlub edib.
Renaldo Sefas komandasının üçüncü qolunu matçın 90+4-cü dəqiqəsində vuraraq Yamaykaya qələbə qazandırıb.
Qeyd edək ki, Renaldo Sefas bu ilin yayında "Qarabağ"a transfer olunub.
Qaynar xətt:
(055) 224 12 12