Azərbaycanın “Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Tofiq Bəhramov” adına Respublika stadionunda Hollandiyanın “Tvente” kollektivini qəbul etdi.
Oxu.Az xəbər verir ki, ağdam təmsilçiləri stadiona toplaşan azarkeşləri sevindirə bilmədi.
Rəqibindən üstün oyun nümayiş etdirməyinə baxmayaraq, komandamızın qol vurmaq cəhdləri yetərli olmayıb.
Oyun 0-0 hesabı ilə sona çatıb.