“İmarət” azarkeş qrupunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionda keçirilən “Qarabağ” - “Samtredia” matçından əvvəl erməni quldurları tərəfindən qətlə yetirilən iki yaşlı Zəhranı yad etmək üçün hazırladığı pankartı stadiona buraxılmayıb.
Oxu.Az bu barədə azerisport.com-a istinadən xəbər verir.
Xatırladaq ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
S.B.
www.oxu.az