Bu gün Gənclər Liqasının II turu keçirilib.
Oxu.Az xəbər verir ki, 19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Qarabağ” ilk ev oyununa çıxıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İtaliya “Roma”sı ilə görüşüb.
Oyun qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatıb. Qolları “Qarabağ”ın qapısından Jan Kelar və Mirko Antonuççi keçirib.
Gənclər Liqası
Çempionlar yolu
II tur, C qrupu
27 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 0:3
Qollar: Jan Kelar, 11; 60; Mirko Antonuççi, 77
Baş hakim: Horatiu Fesniç
Baş hakimin köməkçiləri: Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
Bakı. “Qarabağ” stadionu
“Qarabağ”: 40. Məmməd Hüseynov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov.
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev.
Baş məşqçi: Rəşad Sadıqov
“Roma”: 1. Andrea Romanyoli, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 5. Stefano Siavattini (k), 6. Andrea Markuççi, 7. Dario Midous, 8. Lorentso Valeu, 9. Jan Kelar, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 16. Alessio Rikkardi.
Ehtiyat oyunçular: 23. Alessio Palyiarini, 2. Lirim Kastrati, 14. Devid Bua, 15. Salvatore Pezzella, 18. Visente Besujen, 20. Keres Masanqu, 21. Luka Petrunqaro.
Baş məşqçi: Alberto De Rossi.