Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Qəbələ” klubu “Dalğa Arena” stadionunda “İnter” komandasını qəbul edib.
Matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Qarşılaşmanın 54-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Nika Kvekveskiri “İnter”in qapısına təyin olunmuş penaltidən yararlana bilməyib.
Bu nəticədən sonra hər iki komanda xallarının sayını 4-ə çatdıraraq turnir cədvəlində 1-ci və 2-ci yerləri bölüşdürürlər.