İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistan üzrə lideri Hafiz Səid Xan zərərsizləşdirilib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bunu Əfqanıstanın Pakistandakı səfiri Ömər Zəhilval bəyan edib.
“Mən təsdiq edə bilərəm ki, İŞİD liderlərindən biri Hafiz Səid Xan və daha bir neçə yaraqlı iyulun 26-da ABŞ dronunun hücumu zamanı öldürülüblər”, - o deyib.
Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı olub.