Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov komandanın Çempionlar Liqasındakı növbəti oyunundan danışıb.
Oxu.Az-ın xəbərinə görə, Lider TV-yə açıqlama verən mütəxəssis bildirib ki, qarşıda iki vəzifə var:
“Birinci, qrupda ən azı üçüncü yeri tutaraq Avropa Liqasında, digəri Çempionlar Liqasında mübarizəni davam etdirmək. Avroliqaya düşmək şansımız var. Ən ağır bizim üçün olacaq. Qrupdakı komandaların üçü də çox güclüdür. Çalışacağıq yaxşı hazırlaşaq və rəqiblərə düzgün yanaşaq”.
Baş məşqçi “Çelsi” ilə oyunda azarkeşlərlə bağlı problemin yaşanmayacağını bildirib:
“”Qarabağa maraq daha da artıb, azarkeşlərin sayı çoxalıb. Hər oyundan oyuna bunu hiss edirik. Biz onlara inanırıq. Təkcə stadiona gələn azarkeşlər yox, ekran qarşısında bizi izləyən bütün futbol həvəskarları bizimlədirlər”.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da start götürəcək.
S.B.
www.oxu.az