“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov səfərdə “Şerif”lə oyun sonrası mətbuat konfransında deyib.
“Komandamı qələbə və pley-off-a yüksəlmək münasibəti ilə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Play-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm” – deyə o əlavə edib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 2:1 hesabı ilə məğlub edərək play-off mərhələsinə vəsiqə qazanıb.
S.B.
www.oxu.az