Rafael Fiziyev 2026-cı il fevralın 1-də keçiriləcək UFC 325 turnirində iştirak edəcək.
Oxu.Az UFC-nin saytına istinadən xəbər verir ki, onun rəqibi braziliyalı Maurisio Ruffi olacaq.
Fiziyev hazırda yüngül çəki dərəcəsi üzrə reytinqdə doqquzuncu yeri tutur, Ruffi isə 14-cüdür.
Qeyd edək ki, R.Fiziyev sonuncu dəfə UFC-də bu ilin iyununda Bakıda keçirilmiş turnirdə iştirak edib və İqnasio Bahamondesə qalib gəlib.