Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
!["Real Madrid"in hücumçusunun qiyməti fantastik dərəcədə yüksəldi](https://images.oxu.az/2024/10/11/aIXWbswItXdOWZtuptOke4T8PnMKGlROyWpQFi4y:1200.jpg)
"Real Madrid"in hücumçusunun qiyməti fantastik dərəcədə yüksəldi
"Real Madrid"in hücumçusu Vinisius Juniorun qiyməti 20 milyon avro bahalaşaraq, 200 milyon avroya çatıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə nüfuzlu "Transfermarkt" portalının ekspertlərinin İspaniya oyunçularının yenidən qiymətləndirilməsi nəticəsində aydın olub.
Bununla da Vinisius dünyanın ən bahalı futbolçuları siyahısında birinci yerdə olan Erlin Hollanda çatıb.
Qeyd edək ki, "Mançester Siti"nin norveçli hücumçusu da bu yaxınlarda İngiltərə Premier Liqasının bəzi oyunçularının yenidən qiymətləndirilməsi nəticəsində 200 milyon avro dəyərində qiymətləndirilib.
Qeyd etmək lazımdır ki, Vinisius Junior bu il "Qızıl Top"a əsas namizəd hesab olunur.
"Vinisius Junior" teqi üzrə xəbərlər
- Ərəblərin transfer planı - Vinisius yoxdursa, Rodriqo var
- "Əl-Əhli" Vinisiusa geri çevirə bilməyəcəyi məbləğ təklif edib
- Dünyada ən çox maaş alan futbolçu kimdir?
- "Real Madrid" klubunun Vinisius Juniorla bağlı apellyasiya şikayəti rədd edilib
- Vinisius Juniyor "Barselona" ilə görüşdə məğlub olduqları üçün "Real Madrid"dən ayrılmaq istəyir
Rəylər