Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib
Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamına əsasən Bakı Apellyasiya Məhkəməsinin iş şəraitinin yaxşılaşdırılması məqsədilə məhkəmənin inzibati binasının yeni korpusunun tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
2024-cü il oktyabr ayının 11-də tikintisi başa çatdırılan yeni korpus istifadəyə verilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov binada yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə ünvanında yerləşən yeni korpus 6 mərtəbədən ibarətdir. Hər mərtəbənin sahəsi 445,5 kv.m olmaqla ümumi sahəsi 2 673 kv.m-dir. Korpusun beş mərtəbəsində, ümumilikdə 100 nəfərdən artıq hakimin, hakim köməkçilərinin və məhkəmə iclas katiblərinin yerləşdirilməsi üçün xidməti otaqlar, təlim və seminarların təşkil edilməsi üçün iclas zalı yaradılıb.
Sonra İnam Kərimov Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakimlərlə görüş keçirib. Hakimləri təbrik edən sədr, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Bakıda müştəri kababçını ÖLDÜRDÜ - DETALLAR
Rəylər