Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Starbucks" şirkətinin həmtəsisçisi: "Sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır"
"Mən hər zaman böyük işin təməlini qoyan şəxsi dinləyirdim".
Oxu.Az xəbər verir ki, bunu "Starbucks" şirkətinin həmtəsisçisi Zev Siql "PAŞA Holdinq"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, mentor dinləməyi bacarmalıdır:
"Mən hər zaman daha böyük iş təməlini qoyan şəxsin danışığını dinləyirdim. Qarşımdakı şəxsi həvəsləndirirdim ki, daha çox danışsın. Çünki o, savadlıdır və mən ondan daha çox şey öyrənə bilərdim".
Həmtəsisçi qeyd edib ki, sahibkarlar yeni işə baş qoyduqda iki məsələni həll etməlidirlər:
"Bunlardan birincisi odur ki, sahibkar yaratdığı məhsula sevgi ilə yanaşmalıdır. Bəzən sahibkarlar məsələlərə konseptual yanaşır, dayanan məsələlərə diqqət etmirlər. Əsas məsələ odur ki, məhsuldan əlavə, düzgün insanları işə götürmək lazımdır".
Zev Siqlin fikrincə, gənc sahibkarlar çox böyük problemlər içərisindədirlər:
"Mən bunu təcrübəmə əsasən deyirəm. Çünki onlar maliyyə proqnozlaşdırmasını düzgün aparmırlar. Bunu düzgün aparmadıqda isə onlar iflas edə bilərlər. Mən gənc sahibkarlarla görüşəndə həmişə onlardan növbəti il üçün maliyyə planlaşdırmasını istəyirəm. Lakin onlar rəqəmlə işləyə bilmədiklərini, yalnız ideyalarının olduğunu deyirlər. Növbəti görüş üçün maliyyə üzrə həmkar tələb etdikdə isə aradan çıxırlar".
Aygün Mirakif
"INMerge İnnovasiya Sammiti" teqi üzrə xəbərlər
- "HeritageSG"nin baş direktoru: "Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir"
- "Amazon" şirkətinin vitse-prezidenti: "İnsanlar kitab oxumasalar, gəlir əldə edə bilməzdik"
- Cəlal Qasımov: "Hər şey sürətlə dəyişir və bu dəyişikliklə ayaqlaşmaq lazımdır"
- Məşhur şirkətin baş direktorundan tövsiyə: Gələcəkdə işçilərə hansı bacarıqlar lazım olacaq?
- Fərrux Əliyev: "İnanıram ki, fond parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcək"