İspaniyanın "Real Madrid" komandası ötən mövsüm 1.221 milyard avrodan (təqribən 1.389 milyard dollar) çox qazanc əldə edərək idman klubları arasında yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024/25 mövsümündə "Real"ın gəliri 1.265 milyard dollara çatıb. "Forbes" nəşrinin məlumatına əsasən, bu, bütün idman növləri üzrə klubların qazancı tarixində yeni rekorddur. Madrid təmsilçisi Milli Futbol Liqasında (NFL) çıxış edən "Dallas Kovboys"un göstəricisini geridə qoymağı bacarıb. Belə ki, 2024-cü il mövsümündə ABŞ komandasının qazancı 1,23 milyard dollar təşkil etmişdi.
Xatırladaq ki, başa çatan mövsümdə "Real" İspaniya çempionatını ikinci pillədə tamamlayıb və UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər irəliləyə bilib.