Oxu.Az xəbər verir ki, Renault pilotu Colion Palmer Azərbaycan Qran-Prisi ərəfəsində yarışları şərh edib.
“Bu, sürət seksiyaları və ötüşmə imkanları olan əla trasdır. Orta sektor nahamar səthə görə mürəkkəb və dardır.
Şəhər trasında istənilən səhv divara çırpılmaqla başa çatır, çox diqqətli olmaq lazımdır. Bu tras qalayanı hissə istisna olmaqla, Monaka trasından genişdir. Bu səbəbdən də sürəti qorumaq üçün divarlara mümkün qədər yaxınlaşmaq lazımdır”, - Palmerin sözlərini komandanın mətbuat xidməti sitat gətirib.
S.S.
www.oxu.az