Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova bürünc medal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 67 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Rut Mari Kristel Qbaqvi (Kot-d-İvuar) olub.
İlk hissədə Qvaqbi 3:1 hesablı üstünlük əldə edib. İkinci hissədə o, daha 4 xal qazanıb - 7:1. Sonuncu raundda isə tərəflərdən heç biri xal qazana bilməyib.
Beləliklə, Əzizova Olimpiadanı 5-ci pillədə başa vurub.
00:58
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, yarımfinalda Hyeri Ohla mübarizə aparan idmançımız təəssüf ki, final arzusunu reallaşdıra bilməyib. Gərgin döyüş rəqibin xeyrinə yekunlaşıb - 5:6.
Ancaq təmsilçimiz bürünc medal uğrunda çıxışını davam etdirəcək.
19.08.2016 23:20
Azərbaycan taekvondoçusu Olimpiadanın yarımfinalına yüksəlib.
Oxu.Az xəbər verir ki, Fəridə Əzizova 1/4 finalda özbək rəqibi Niqora Tursunqulovanı 5:1 hesabı ilə məğlub edib.
18:47
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/8 mərhələdə təmsil edən taekvandoçumuz Fəridə Əzizova 1/4 finala adlaya bilib. O, ABŞ təmsilçisi Paige Mcpherson ilə döyüşdə qalib gəlib.
Oxu.Az xəbər verir ki, növbəti mərhələ saat 23:00-da Özbəkistan təmsilçisi Tursunkolava Nigora ilə baş tutacaq.
Aytən Sadıqzadə
www.oxu.az