Azərbaycanın 57 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda təmsil edən Hacı Əliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Oxu.Az xəbər verir ki, güləşçimiz bürünc mükafat uğrunda görüşdə bolqarıstanlı Vladimir Vladimirovla qarşılaşıb.
Rəqibinin kürəyini yerə vuran H.Əliyev təmiz qələbə ilə bürünc medal qazanıb.
19.08.2016 23:42
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev bürünc medal uğrunda ilk təsəlliverici görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb.
Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımızı bürünc medaldan sadəcə bir qələbə ayırır.
19:24
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev 1/4 finalda Gürcüstan idmançısı Vladimir Xinçeqaşviliyə məğlub olub.
Oxu.Az xəbər verir ki, rəqibin finala yüksəlməsi ilə Hacı Əliyev təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb.
Güləşçimizin ilk rəqibi qazaxıstanlı Nurislam Sanayev olacaq.
18:26
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 57 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) 4:3 hesabı ilə məğlub olub.
17.48
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 57 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev ilk görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub.
Hacı Əliyev Asiya Oyunlarının bürünc mükafatçısını xalçaya çıxmasına peşman edib. İlk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.
Hacı 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Görüş saat 18:04-də start götürəcək.
E.Ə.
www.oxu.az