Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda bədii gimnastika üzrə yarışlarda (fərdi çoxnövçülük) finala yüksəldi.
Oxu.Az xəbər verir ki, təmsilçimiz halqa ilə hərəkətləri yerinə yetirərək 17.466 xal, topla hərəkətlərə görə 17.466 xal, gürzlərlə hərəkətlərə görə 17.683 xal, lentlə hərəkətlərə görə 17.733 xal alıb.
Bu nəticə ilə Durunda 9 finalçı sırasına 8-ci yerin sahibi kimi vəsiqə qazanıb.
19.08.2016 17:51
Bu gün “Rio-2016”-da bədii gimnastika yarışlarına start verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı Braziliyada Marina Durunda təmsil edir.
Olimpiadada debüt edən gimnastımız çoxnövçülük yarışında mübarizə aparır. Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. O, hələlik 4 idmançı arasında üçüncüdü.
Qeyd edək ki, 8 nəfərin iştirakı ilə olacaq final mərhələsi isə sabah olacaq.
E.Ə.
www.oxu.az