Azərbaycanın 74 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda təmsil edən Cəbrayıl Həsənov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Oxu.Az xəbər verir ki, bürünc medal uğrunda keçirilən görüşdə Cəbrayıl Həsənov özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək “Rio-2016”nı mükafatçılar sırasında bitirib.
Beləliklə, Azərbaycan Rio-2016-da aktivinə daha bir medal əlavə edib. Hazırda komandamızın 4 gümüş və 8 bürünc medalı var.
19.08.2016 19:42
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov yarımfinal mərhələsində məğlub olub.
Oxu.Az xəbər verir ki, həmyerlimiz 1/2 final mərhələsində rusiyalı Aniuar Geduyevə 5:4 hesabı ilə uduzub.
C.Həsənov bürünc medal uğrunda mübarizə aparacaq.
18:42
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Makaraşviliyə 11:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
17.59
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 74 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov ilk görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, Həsənov mübarizəyə 1/8 finaldan başlayıb.
Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.
O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) - Georgi İvanov (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
E.Ə.
www.oxu.az