Azərbaycanı “Rio-2016”-da 58 kiloqram çəki dərəcəsində təmsil edən qadın güləşçi Yuliya Ratkeviç Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
Oxu.Az xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə tunisli Mərvə Əmriyə 6:3 hesabı ilə məğlub olub.
17.08.2016 20:45
Rio-de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Yuliya Ratkeviç (56 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşıb.
Görüş İçonun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.
Beləliklə, finala yüksələ bilməyən Ratkeviç bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.
19:38
Azərbaycanı “Rio-2016”-da 58 kiloqram çəki dərəcəsində təmsil edən qadın güləşçi Yuliya Ratkeviç Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, idmançımız 1/4 finalda kolumbiyalı Jaklin Renteria Kastilyonu 7:3 hesabı ilə qalib gəlib.
Yarımfinalda onun rəqibi son 3 Olimpiyadanın qalibi və 10 qat Dünya çempionu, yaponiyalı Kaori İço olacaq.
18:29
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 1/8 finala təsadüf edən qarşılaşmada rəqib ukraynalı Oksana Herhel olub.
Ratkeviç görüşün sonlarınadək 3:0 hesabı ilə öndə olsa da, rəqibi ardıcıl xallarla irəli çıxıb. Bununla belə, son saniyələrdə azərbaycanlı güləşçi daha bir fənd tətbiq edərək qələbəni təmin edib - 7:5.
1/4 finalda onun rəqibi kolumbiyalı Jaklin Renteria Kastilyo olacaq.