Olimpiya çempionumuz Şərif Şərifovun mükafatlar uğrundakı sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olub.
Oxu.Az-ın xəbərinə görə, ilk hissədə rəqibini minimal fərqlə üstələyən Şərif ikinci hissədə fəallaşaraq fərqi artırıb və 5:1 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.
20.08.2016 19:15
Finala gedən yolda Şərif Şərifov rusiyalı idmançı Abdulraşid Sadulayevlə görüşüb.
Oxu.Az-ın məlumatına görə, güləşçimiz bu dəfə güclü rəqibinə məğlub olub - 1:8.
Beləliklə, Ş.Şərifov bürünc medal uğrunda son görüşə çıxacaq.
18:28
1/4 final mərhələsində polşalı Zbiqnev Mateuş Baranovski ilə güləşən Şərif Şərifov ilk hissədə rəqibindən 3 xal alıb.
Oxu.Az-ın məlumatına görə, ikinci hissədə də aktiv olan təmsilçimiz yekunda qələbə qazanaraq yarımfinala çıxıb - 7:0.
17:38
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında güləş üzrə 86 kq çəki dərəcəsində təmsil edən Şərif Şərifov ilk görüşünü keçirib.
Oxu.Az xəbər verir ki, mübarizəyə 1/8 finaldan start verən Şərif Şərifovun ilk rəqibi çinli Şenqfenq Biy olub.
Döyüş həmyerlimiz üçün asan keçib. Vaxtından əvvəl qələbə qazanan olimpiya çempionumuz (10:0) 1/4 final mərhələsinə yüksəlib.
O, növbəti mərhələdə Polşa təmsilçisi Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq.