“Barselona” klubunun baş məşqçisi Ronald Kuman Lionel Messi ilə ilk görüşündən danışıb.
Niderlandlı mütəxəssisin danışdıqları Nos.nl saytında dərc olunub.
“Baş məşqçi olaraq buraya gələn kimi, birbaşa Lionel Messi ilə əlaqə saxladım. Onun evinə gedib, gələcək planlarım barədə danışdım. O, narazılığını açıq şəkildə dilə gətirdi”, - deyə R.Kuman söyləyib.
“Sonda hər şey düzəldi, “mən buna gedəcəyəm” dediyi andan etibarən ondan gözlədiyimin hamısını etdi”, - R.Kuman fikrini tamamlayıb.