Madridin “Real” komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu oğlunun çıxış etdiyi “Posuelo-deAlarkon” (səkkiz yaşına qədər futbolçular) komandasının matçı zamanı top verib.
Oxu.Az football.sport.ua saytına istinadən xəbər verir ki, “Posuelo-de-Alarkon” və “Karraskad” komandaları arasında görüş İspaniya uşaq çempionatının dördüncü divizionu çərçivəsində keçirilib.
Bu maçt Kriştianu Ronaldu-kiçik üçün debüt oldu. Oyunda vurduğu qolu atasının üslubunda qeyd edib. Onun qolu “Posueo”ya qələbə qazandırıb.
A.M.