Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ronaldunun dublu "Ən-Nəsr"ə qələbə qazanmağa kömək etdi
Asiya Çempionlar Liqasının Qərb divizionunda beşinci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının portuqaliyalı ulduz Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr" klubu səfərdə Qətərin "Əl-Qarafa" komandası ilə qarşılaşıb.
Qonaqlar yalnız ikinci hissədə ev sahiblərinin müqavimətini qıra biliblər - 1:3. Ronaldunun dublu komandasına qələbə qazanmağa kömək edib. Bununla da, portuqaliyalı özünə məxsus dünya rekordunu yeniləyərək, qolların sayını 913-ə çatdırıb.
Qeyd edək ki, bu nəticədən sonra Ər-Riyad klubu 13 xalla yarış cədvəlində 2-ci pillədədir. Doha təmsilçisi isə 4 xalla 7-cidir. Turnirə 15 xalla Səudiyyə Ərəbistanının digər nümayəndəsi "Əl-Əhli" başçılıq edir.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Asiya Çempionlar Liqası: Ronaldu iranlılara qol vuraraq komandasına qələbə qazandırdı
- Ronaldu Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi
- Kriştianu Ronaldudan unikal göstərici - 30 yaşından sonra 463 qol
- Kriştianu Ronaldunun ailəsi təhdid olunur - Mühafizəçilərin sayını artırdı
- Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq?