İngiltərə yığmasının keçmiş kapitanı və “Everton” klubunun hücumçusu Ueyn Runi sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
Oxu.Az-ın The Mirror nəşrinə istinadən xəbərinə görə, “Mançester Yunayted”in sabiq futbolçusu polis əməkdaşları tərəfində ötən gecə yaxalanıb.
Bildirilir ki, hücumçunu Çeşir qraflığı yaxınlığında saxlayıblar. Yoxlama zamanı onun içkili olduğu üzə çıxıb.
Xatırladaq ki, Ueyn Runi avqustun 23-də İngiltərə yığmasında çıxışını dayandırması barədə bəyan edib. Bundan sonra o, yalnızı “Everton”un uğurları üçün çalışacaq.
S.B.
www.oxu.az