"Sabah" futbol klubu Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Oxu.Az bu barədə kluba istinadən xəbər verir.
Bildirilib ki, "Sabah" FK qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.
Stas 2025-ci ilin yanvar ayından "Sabah"ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunun qalibi olub.
Qaynar xətt:
(055) 224 12 12