Azərbaycan millisinə yeni futbolçu çağırılıb.
AFFA-nın saytının xəbərinə görə, avqustun 27-də açıqlanmış heyətdə adı ehtiyatda göstərilmiş “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.
Xatırladaq ki, millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq.
Onu da bildirək ki, Coşqun Diniyev Məşqçilər Komitəsinin üzvü, millimizin sabiq çalışdırıcısı Şahin Diniyevin kiçik oğludur.