Ötən mövsümü Azərbaycanın "Şamaxı" futbol klubunda keçirən almaniyalı vinger Leroy Mikelsin Premyer Liqaya qayıdacağı ilə bağlı xəbərlər dolaşır. Belə ki, onun "Kəpəz" klubuna transfer ediləcəyi deyilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, futbolçunun Gəncə təmsilçisi ilə ilkin danışıqları müsbət yekunlaşıb, ancaq transfer barədə son qərar verilməyib.
Gəncə təmsilçisi ilə futbolçu arasında müqavilə şərtləri razılaşdırılsa, futbolçu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Leroy Mikelsin qardaşı Coy Lens Mikels də Azərbaycan Premyer Liqasında çıxış edir. O, "Sabah" klubunun şərəfini qoruyur.
Anar Həsənov