Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına "Zorro"nun kostyumunda gəlib.
Oxu.Az-ın məlumatına görə, Portuqaliyalı məşqçi bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl etmiş olub.
"Bu gün, demək olar ki, ideal oyun oldu. "Siti"ni udmaq asan iş deyil, biz müdafiədə nizam-intizamlı oynadıq və keyfiyyətli hücumlara çıxdıq. Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir", - deyə o bildirib.
A.M.