Azərbaycan Birinci Liqasının XV turu çərçivəsində baş tutan MOİK - "Səbail" qarşılaşması yaddaqalan epizodla diqqət çəkib.
Oxu.Az-ın məlumatına görə, "Səbail" klubunun baş məşqçisi Adil Şükürov oyunun 60-cı dəqiqəsində komandanın kapitanı Yusif Nəbiyevi başqa oyunçu ilə əvəzləmək niyyətində olsa da, futbolçu buna etiraz edib və qərarla razılaşmayıb.
Y.Nəbiyev baş məşqçiyə meydanda qalaraq mübarizəni davam etdirmək istədiyini işarə edib. Matçın referisi də oyunçu meydanı tərk etmədiyi üçün matçın davam etməsinə icazə verib.
Xatırladaq ki, sözügedən matç meydan sahibləri olan MOİK-in 1:0 hesablı üstünlüyü ilə başa çatıb.