İngiltərənin “Everton” klubu Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında səfərdə Xorvatiyanın “Hayduk” komandasının qonağı olub.
Oxu.Az-ın məlumatına görə, “Polyud” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Yosip Radoşeviç fərqlənib, “Everton”un bərabərlik qolunu isə Qilfi Tor Siqurddson vurub. İslandiyalı ikinci hissənin ilk dəqiqəsində təxminən 50 metr məsafədən gözəl zərbə ilə topu qapıdan keçirib.
Matçın 65-ci dəqiqəsində “Hayduk”un hücumçusu Səid Əhməd 11-metrlik zərbəni dəqiq yeriə yetirə bilməyib.
İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan “Everton” Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Xatırladaq ki, “Everton” Siqurddsonu ötən həftə “Suonsi”dən rekord 45 milyon funt sterlinqə alıb.
S.B.
www.oxu.az