Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Spartak" "Qarabağ"ın futbolçusunu transfer etməyəcək
Moskva "Spartak"ı "Qarabağ"ın qapıçısı Andrey Lunyovun xidmətində maraqlı imiş.
Məlumata görə, futbolçunun sabiq meneceri Anton Smirnov keçidin alınmayacağını bildirib.
Onun sözlərinə görə, Moskva klubu bu transferi həyata keçirmək istəsə də, idman direktoru Tomaş Amaral bunun əleyhinə çıxıb. Səbəb isə onun komandaya daha gənc futbolçuları cəlb etmək istəyi olub. Amaral həmin futbolçuları sonradan başqa kluba satmaq perspektivini nəzərə alaraq belə qərar verib.
Qeyd edək ki, Smirnov həmin müzakirələrin qış transfer dönəmində aparıldığını bildirib.
Mənbə : Championat.com
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi bəlli olub
- "Qarabağ" 2024-cü ili 877 min manat zərərlə başa vurub
- Vüqar Bağırov: "Xəyallarımdan biri "Ayaks" və ya "Barselona"da oynamaqdır"
- "Qarabağ"ın mükafatlandırma mərasiminin vaxtı bəlli oldu
- Premyer Liqa: "Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlub edib
Ən çox oxunanlar