İspaniya hüquq-mühafizə orqanları Moskva “Spartak”ının futbolçusu Kvinsi Promesi tutub.
Oxu.Az xəbər verir ki, buna səbəb onun öz həyat yoldaşını döyməsidir.
Hollandiya millisinin hücumameyilli yarımmüdafiəçisi İspaniyanın İbitsa adasında istirahət edib. Futbolçu anlaşılmazlıq yaşadığı həyat yoldaşını döyüb. 26 yaşlı oyunçu ona mane olmaq istəyənlərə də əl qaldırmaqdan çəkinməyib.
Qeyd edək ki, Kvinsi Promes Hollandiya millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Vesli Sneyderlə bir yerdə istirahət edirmiş.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər