Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şumaxer ailəsi şantaj işi üzrə məhkəmə qərarından NARAZIDIR - Şikayət edildi
"Formula-1"in yeddiqat çempionu, keçmiş pilot Mixael Şumaxerin ailəsi şantaj cəhdi ilə bağlı məhkəmə qərarına apellyasiya şikayəti verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Stern" jurnalı xəbər yayıb.
"Bizim fikrimizə görə, həddindən artıq yüngül olan hökmə apellyasiya şikayəti verdik. Məni ən çox şoka salan hələ də etimadın bu cür geniş miqyasda pozulmasıdır. Potensial təqlidçiləri çəkindirmək üçün o, buna görə cəzalandırılmalıdır", - deyə sabiq pilotun həyat yoldaşı Korinna Şumaxer bildirib.
Nəşrin məlumatına görə, təqsirləndirilən şəxs ailəyə qarşı şantaj cəhdinə köməklik və təhrikçilik etdiyinə görə 2 il şərti cəza alıb.
Apellyasiyanın məqsədi ailənin keçmiş mühafizəçisinin cinayətdə iştirakına görə məhkum edilməsinə nail olmaqdır.
Qeyd edək ki, Şumaxerlər ailəsi şəxsi foto və videoların dərc edilməsi ilə şantaj olunub. Şantajçılar 15 milyon avro tələb ediblər, əks halda görüntülərin dərc ediləcəyi ilə hədələyiblər. "Stern" qeyd edir ki, cinayətkarlardan ailənin 900 fotosu və təxminən 600 videogörüntüsü, həmçinin Mixael Şumaxerin rəqəmsallaşdırılmış tibbi kartları müsadirə edilib.
"Mixael Şumaxer" teqi üzrə xəbərlər
- Mixael Şumaxer artıq ünsiyyət qura bilmir: Əfsanəvi pilotun vəziyyəti haqqında yeni TƏFƏRRÜAT
- "Red Bull" pilotu "Formula-1"in mütləq rekordunu qırdı
- Şumaxerin ailəsini şantaj edənlərə HÖKM OXUNDU
- Əfsanəvi "F-1" pilotunun dəbilqəsi hərraca çıxarıldı
- Mühafizəçisi Şumaxerin ailəsini görüntülərlə şantaj edib - Məhkəmə başladı